Mandzukiç "Milan"da - Rəsmi

Mandzukiç "Milan"da - Rəsmi

“Milan” Mario Mandzukiçin transferini rəsmiləşdirib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 34 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalandığı bildirilib.

Xorvatiyalı oyunçu A seriyası təmsilçisində 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Mandzukiçin son klubu Qətərin “Əl-Duhail”isi olub.

Mənbə: qol.az