"Səbail" gürcüstanlı hücumçu aldı - Rəsmi

"Səbail" gürcüstanlı hücumçu aldı -  Rəsmi

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi gürcüstanlı hücumçu Luka İmnadzeni transfer edib. 24 yaşlı forvardla 2020/21 mövsümün sonunadək müqavilə imzalanıb

Qeyd edək ki, son olaraq ölkəsinin "Samtrediya" klubunda çıxış edən Luka İmnadze "Quriya", "Saburtalo", "Kolxeti" və "Rustavi" komandalarının da formasını geyinib.

 

Mənbə: qol.az