"Çox ambisiyalı məqsədlərim var" - "Səbail"in yeni transferi

"Çox ambisiyalı məqsədlərim var" - "Səbail"in yeni transferi

"Səbail"in futbolçusu Luka İmnadze yeni klubu ilə bağlı gözləntilərindən danışıb.

Offsideplus.az xəbər verir ki, gürcüstanlı hücumçu bu barədə klubun rəsmi saytına açıqlama verib:

"Çox ambisiyalı məqsədlərim var və komanda ilə birlikdə azarkeşlərin gözləntilərini doğruldaraq, "Səbail"lə ən yüksək nəticələri əldə etmək üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, 24 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Mənbə: offsideplus.az