“Başakşəhər”dən Niderland klubuna

Türkiyənin “Başakşəhər” klubu yarımmüdafiəçisi Kərim Frayla yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Türkiyə mətbuatı oyunçunun Niderlandın “Emmen” klubuna keçdiyini yazıb.

Qeyd edək ki, Kərim Fray 2013-2017-ci illər aralığında “Beşiktaş”da da çıxış edib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

SONRAKI XƏBƏR

Türkiyədə qar adamı oğurlandı