“Trabzonspor” qələbə qazanıb, “Başakşəhər” uduzub

“Trabzonspor” qələbə qazanıb, “Başakşəhər” uduzub

Türkiyə Super Liqasında XX tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə baş tutan hər üç oyunda meydan sahibləri qələbə qazanıblar.

“Göztəpə” təhlükəli zonada qərarlaşan “Gənclərbirliyi”yə heç bir şans verməyib.

Son çempion “Başakşəhər” Kayseridə yerli “Kayserispor”a məğlub olub.

“Trabzonspor”la “Konyaspor”un duelində isə birincilər asan qələbə qazanaraq, turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Turun digər oyunları 20-21 yanvarda keçiriləcək.

Türkiyə Super Liqası
XX tur
19 yanvar
“Göztəpə” – “Gənclərbirliyi” – 4:0
Zulj, 25, Ndiaye, 45, Halil Akbunar, 45+1, 71
“Kayserispor” – “Başakşəhər” – 2:0
Alibeç, 42, 77
“Trabzonspor” – “Konyaspor” – 3:1
Nvakaeme, 22, Flavio, 56, Canini, 60 - Şengelya, 88

Mənbə: apa.az