Arda Turanın başı yenidən bəlada: Təcavüz, silahla atəş...

Arda Turanın başı yenidən bəlada: Təcavüz, silahla atəş...

"Qalatasaray"ın ulduz futbolçusu Arda Turan yenidən məhkəməyə çıxacaq.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı yarımmüdafiəçinin 2018-ci ilin 10 oktyabrında müğənni Berkay Şahinlə etdiyi davadır. Belə ki, sözügedən davada Berkay Şahin Arda Turanı həyat yoldaşı Özlem Şahinə cinsi təcavüz etməsi ilə günahlandırmış, futbolçu isə qarşılığında müğənninin burnunu qırmışdı. Bunun ardınca xəstəxanaya gedən Tükiyə millisinin üzvü orada silahla yerə atəş açmışdı. Bütün görüntülər təhlükəsizlik kameralarına həkk olunduğundan Ardanın silahla xəstəxanaya daxil olduğu və atəş açdığı anın görüntüləri gündəmə çevrilmişdi.

2019-cu ilin sentyabrında keçirilən məhkəmədə təcavüz ittihamlarının əsassız olduğuna qərar verilərək Arda bəraət qazanmışdı.

Berkay Şahin bəraətə etirazını bildirərək yenidən Arda Turana qarşı məhkəmə davası açıb. Bu səbəbdən "Qalatasaray"lı futbolçu yenidən məhkəməyə çağırılıb.

Mənbə: offsideplus.az