Daha bir futbolçu "Real"ı tərk etmək qərarına gəldi

"Real"ın norveçli yarımmüdafiəçisi Martin Odeqard komandadan ayrılmaq istəyir.

Offsideplus.az Marca-ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçu "Kral klubu"na bu istəyi barədə bildirib. Baş məşqçi Zinədin Zidanın 10 oyundur 1 dəqiqəlik də olsa, oyuna çıxarmadığı Martin ehtiyatda qalmaqdan bezib. Belə ki, o, yenidən icarə əsasında çıxış etmək istəyir.

Qeyd edək ki, 2015-ci ildən bəri "Real"a transfer olan Martin Odeqard ötən mövsüm "Real Sosyedad"da çıxış edəndən sonra bu mövsüm klubuna qayıdıb.

Xatırladaq ki, La Liqa nəhəngi ilə razılığa gələ bilməyən Serxio Ramos da klubu tərk etmək fikrindədir.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

“ASUS TUF Gaming VG28UQL1A” monitoru “HDMI 2.1” interfeysi ilə təchiz edilib

SONRAKI XƏBƏR

Millət vəkili İlham Məmmədov şəhid ailələrini ziyarət edib - FOTOLAR