"Şaxtyor" komandasına yeni baş məşqçi təyin olunub

"Şaxtyor" komandasına yeni baş məşqçi təyin olunub

Ukraynanın "Şaxtyor" (Donetsk) futbol komandasına yeni baş məşqçi təyin olunub.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı Luiş Kaştru ilə 2 illik müqavilə bağlanılıb.

57 yaşlı mütəxəssis İtaliya "Roma"sının sükanı arxasına keçən həmyerlisi Paulu Fonsekanı əvəzləyib. Kaştru əvvəllər Portuqaliyanın "Portu", "Vitoriya "Gimaraynş"kimi komandalarının baş məşqçisi olub. O, 2018/2019 mövsümündə "Vitoriya "Gimaraynş"la 5-ci yeri tutub.

Qeyd edək ki, Luiş Kaştru "Şaxtyor"un 33-cü baş məşqçisidir.

Mənbə: report.az