“Benfika”da COVID-19 həyəcanı: Vertonqen və 4 futbolçu virusa yoluxub

“Benfika”da COVID-19 həyəcanı: Vertonqen və 4 futbolçu virusa yoluxub

Portuqaliyanın “Benfika” klubu beş futbolçusunun koronavirusa yoluxması barədə məlumat yayıb. Məlumat klubun rəsmi saytında yerləşdirilib.

Klubdan verilən xəbərə görə, ötən həftənin şənbə günü komandanın hücumçusu Luka Valdşmidt, bazar ertəsi isə daha dörd oyunçu – müdafiəçilər Yan Vertonqen, Qrimalda və Jilberto, eləcə də yarımmüdafiəçi Dioqu Qaosaleşin test cavabları müsbət nəticə verib.

Qeyd edək ki, 14 turdan sonra lissabonlular turnir cədvəlində 3-cü yeri tuturlar.

Mənbə: www.oxu.az