“Fiorentina” Kokorindən cavab gözləyir

“Fiorentina” Kokorindən cavab gözləyir

“Fiorentina” “Spartak”ın futbolçusu Aleksandr Kokorini transfer etməyə hazırlaşır.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyası təmsilçisi 29 yaşlı hücumçuya 3 illik müqavilə təklif edib. Keçid reallaşarsa, klub rusiyalı oyunçu üçün təxminən 4,5 milyon avro ödəməli olacaq.

“Fiorentina”nın 24 saat ərzində Kokorindən transfer təklifinə cavab gözlədiyi də bildirilib. Tərəflər razılaşacağı təqdirdə, futbolçu yeni komandasında illik 1,7 milyon avro qazanacaq. Onun hazırkı maaşı isə 3 milyon avrodur.

Qeyd edək ki, Kokorin ötən ildən “Spartak”da çıxış edir.

Mənbə: qol.az