Bu federasiyanın fəaliyyəti bərpa olundu

Avropa Gimnastikası (EG) Polşa Gimnastika Federasiyası ilə bağlı qadağanı ləğv edib.

Sport7.az xəbər verir ki, bu haqda EG-nin rəsmi saytı vasitəsilə bildirilib. Buna qurumun maliyyə öhdəliklərini yerinə yetirməsi səbəb olub. Federasiyanın EG üzvlüyü və səsvermə hüquqları bərpa edilib. Bundan sonra qurum Avropa Gimnastikasının tədbirlərində iştirak edə biləcək.

Polşa Gimnastika Federasiyası 2019-cu ilin aprelində idman gimnastikası üzrə Avropa çempionatını keçirmək üçün EG-dən aldığı 170 000 avro məbləğində borcu vaxtında ödəyə bilmədiyi üçün yerli idmançılar ötən ilin noyabrında baş tutan turnirdə iştirak hüququndan məhrum edilmişdi.

Sport7.az

ƏVVƏLKİ XƏBƏR

Dünyanın gözü ABŞ-da: Tramp nüvə çomadanını özü ilə Floridaya aparır

SONRAKI XƏBƏR

Nəticə açıqlandı: Peyvənd yeni ştamma da təsir edir