Putinin şərəfinə keçiriləcək yarış təxirə salındı

Rusiya Prezidenti Vladimir Putinin şərəfinə Yaponiyada keçirilən ənənəvi sambo çempionatı təxirə salınıb.

Bu barədə TASS-a turnirin İcraiyyə Komitəsinin sədri, Yaponiya Sambo Federasiyasının vitse-prezidenti Nobuyuki Asai bildirib.

O, fevralın 7-də Yaponiyanın paytaxtı Tokioda baş tutacaq yarışın koronavirusun ölkə ərazisində yayılması səbəbindən iyulun 25-nə təxirə salındığını açıqlayıb. 23 iyul - 8 avqust tarixlərində isə Tokioda Yay Olimpiya Oyunları keçiriləcək.

Qeyd edək ki, əvvəlki analoji yarış 46-cı Yaponiya çempionatı olub və səkkizinci dəfə Rusiya Prezidenti Kuboku adlandırılıb. Ötən ilin fevralında baş tutmuş son yarışda təxminən 100 idmançı iştirak edib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

20 Yanvar şahidlərin gözü ilə - VİDEO

SONRAKI XƏBƏR

"General Mais Bərxudarovun sözü onu Şuşaya aparıb" - FOTOLAR