"Qəbələ"nin sabiq hücumçusunun yeni klubu

"Qəbələ"nin sabiq hücumçusunun yeni klubu

"Qəbələ"nin sabiq futbolçusu Sergey Zenyovun yeni klubu müəyyənləşib.

Qol.az “soccernet.ee”ə istinadən xəbər verir ki, estoniyalı hücumçu karyerasını ölkəsinin "Flora" klubunda davam etdirəcək. 32 yaşlı oyunçu ilə 2 ilik müqavilə imzalanıb.

Zenyovun son komandası isə Qazaxıstan "Şaxtyor"u olub.

Qeyd edək ki, 2015-2017-ci illərdə "Qəbələ"də çıxış edən Sergey Zenyov bu müddət ərzində 47 oyunda iştirak edib və 8 qol vurub.

Mənbə: qol.az