Yeni mövsümün hazırlığını davam etdirən "Şamaxı" yoxlama oyununda qüvvəsini sınayıb.
Azər Bağırovun rəhbərlik etdiyi kollektiv "Qəbələ" ilə üz-üzə gəlib.
Bölgə təmsilçilərinin Qəbələ şəhər stadionunda baş tutan dueli "Şamaxı"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hər iki qolu Oruc Məmmədov vurub.
Mənbə: bizim.media