"Barselona"nı razılaşdığı futbolçunu PSJ "oğurlaya" bilər

"Barselona"nın heyətinə qatmağa hazırlaşdığı oyunçu ilə PSJ yaxından maraqlanır.

Offsideplus.az Mundo Deportivo-ya istinadən xəbər verir ki, "Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya Paris təmsilçisinin hədəfindədir. PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettino 20 yaşlı ispaniyalını heyətində istəyir.

Qeyd edək ki, cari mövsümün sonunda "şəhərlilər"lə müqaviləsi başa çatan Erik Qarsiyanın yayda Katalon klubuna keçəcəyi gözlənilir.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Döyüş Federasiyalarının Prezidenti od püskürdü: Operativ Qərargah adını doğrultmur

SONRAKI XƏBƏR

Beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsindən daşınan yüklərin həcmi açıqlanıb