"Neftçi"nin məşqində bir dəqiqəlik sükut

"Neftçi"nin məşqində bir dəqiqəlik sükut

"Neftçi” təlim-məşq toplanışını başa vurub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesindən əvvəl Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, toplanış çərçivəsində yanvarın 10-u "Kəpəz” (1:0), 14-ü "Keşlə” (4:3) ilə qarşılaşan "Neftçi” Premyer Liqanın 14-cü turunda "Səbail”in qonağı olacaq. "ASCO Arena”da keçiriləcək matç sabah saat 16:00-da başlanacaq.

 

 

Mənbə: offsideplus.az