"Mançester Yunayted" Uels millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Mançester Yunayted" Uels millisinin futbolçusu ilə müqavilə imzalayıb

İngiltərənin "Mançester Yunayted" klubu "Suonsi" komandasının futbolçusu Daniel Ceymsi heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ilə 4+1 illik müqavilə imzalanıb.

Ceyms 2018-ci ilin sonlarından etibarən Uelsin əsas millisində çıxış edir.

Qeyd edək ki, Uels yığması Azərbaycanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən biridir. Komanda növbəti matçını sentyabrın 6-da səfərdə Uelsə qarşı keçirəcək.

Mənbə: report.az