Ardadan Musleraya BOYÜK jest

Ardadan Musleraya BOYÜK jest

"Qalatasaray"da itkilərin olmasına baxmayaraq, daxildəki ab-hava məhtəşəmdir.

Hazırda davam edən "Qalatasaray" - "Dənizlispor" qarşılaşmasından öncə maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, matçdan öncə paltardəyişmə otağında davamlı alqış sədaları eşidilib. Buna səbəb isə Arda Turanın kapitanlıq sarğısını öz qolundan çıxarıb, zədədən yeni qayıtmış Fernando Musleranın qoluna taxması səbəb olub. Arda bununla da uzun fasilədən sonra əsas heyətdə yer almış uruqvaylı qolkiperə jest edib. Bu haqda məlumata Fatih Terim məlumat verib.

Qeyd edək ki, ötən ilin iyununda baş tutan "Qalatasaray" - "Çaykur Rizespor" qarşılaşmasında rəqib futbolçu ilə toqquşma zamanı Musleranın ayağı sınmışdı. 32 yaşlı qapıçı 7 aylıq fasilədən sonra meydana qayıtdı.

Mənbə: offsideplus.az