İtaliya A seriyasında bir oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, X turdan təxirə salınan matç Udinedə baş tutub.
“Udineze” öz meydanında “Atalanta”nı qəbul edib. Meydan sahiblərinin erkən qol vurduğu görüşdə Berqamo təmsilçisi fasilə ərəfəsindəki topla məğlubiyyətdən qaçıb.
Qeyd edək ki, A seriyasında növbəti turun oyunları yanvarın 22-24-də keçiriləcək.
İtaliya A seriyası
X turdan təxirə salınan oyun
20 yanvar
“Udineze” – “Atalanta” – 1:1
Pereyra, 1 – Muriel, 44