Aleksandr Əliyevdən "Dinamo" - "Qarabağ" oyunu ilə bağlı proqnoz: Hesab 2:1 olacaq

Aleksandr Əliyevdən "Dinamo" - "Qarabağ" oyunu ilə bağlı proqnoz: Hesab 2:1 olacaq

Ukrayna millisinin keçmiş yarımmüdafiəçisi Aleksandr Əliyev Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Dinamo" – “Qarabağ" oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Onun sözlərini “Ukrainskiy futbol” sitat gətirib.

"Ağ-göylər"in keçmiş oyunçusu bu qarşılaşmada favorit olmadığını düşünür. O, komandanın veteranlarının Kiyev komandası üçün müsbət nəticəni təmin edəcəyinə ümid edir:

"Bilirsiniz, əvvəlcə sizə bunu deyim - mən "Dinamo"da oynayanda Konfrans Liqasında oynamaq faciə kimi qəbul edilərdi, çünki bizim nəsil həmişə Çempionlar Liqasında oynamağa can atırdı. İndi isə təəssüf ki, yeganə məhdudiyyətimiz Konfrans Liqasıdır...

"Dinamo" - "Qarabağ" oyununda favorit yoxdur. Amma təbii ki, Kiyevin irəliləməsini və Konfrans Liqasının əsas mərhələsində oynamasını çox istəyirəm. Allah qoysa, "Dinamo" ilk matçda hamımızı qələbə ilə sevindirəcək. Qoy Buyala və Yarmola oynasınlar və hər ikisi qol vursun”.

Aleksandr bu oyun üçün proqnozunu verib. O, İqor Kostyukun komandasının sonda qalib gələcəyinə inanır:

"Əlbəttə, təkrar edirəm, "Dinamo"nun qalib gəlməsini istərdim. Amma hazırda heyətdə hansı oyunçuların olduğunu, komandanın necə oynadığını görürük... Nə olursa olsun, mən Kiyev komandasının səmimi azarkeşiyəm və onlar üçün narahatam.

Bilirəm ki, İqor Surkis "Dinamo"nun nəticələrindən ən çox narahat olan şəxsdir. İnanın mənə, o, məğlubiyyətləri çox sərt qəbul edir. Yekun hesaba gəldikdə isə... "Dinamo"nun 2-1 hesabı ilə qalib gələcəyinə mərc edərdim", - deyə Əliyev bildirib.

"Dinamo" - "Qarabağ" oyunu avqustun 6-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mənbə: publika.az