Bu gün “Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ilk oyuna çıxacaq.
Polşanın Lublin şəhərindəki “Lublin Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Matçı danimarkalı hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.
Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar
21:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (hamısı Danimarka).
***
Komandaların start heyətləri bəlli olub:
“Dinamo”: 71 Surkis, 5 Sych, 94 Kedziora, 32 Mıxavko, 44 Dubinçak (k), 6 Brajko, 15 Rubçinski, 39 Gerrero, 21 Lonveyk, 70 Reduşko, 11 Ponomarenko
Ehtiyat oyunçular: 35 Neşçeret, 43 Olxovıy, 7 Yarmolenko, 8 Pıxalyonok, 9 Voloşın, 10 Şaparenko, 18 Tımçik, 22 Kabayev, 29 Buyalski, 40 Bilovar, 66 Tiare, 99 Mounqenqe
“Qarabağ”: Mateuş Koxalski, Elvin Cəfərquliyev, Bense Varkonyi, Mateus Silva, Cebrail Makretskis, Marko Yankoviç, Pedro Bikalyo, Renaldo Sefas, Abdullah Zubir (k), Jali Muaddib, Aleksey Kaşuk
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Martin Zlomisliç, Bruno Lanqa, Joni Montiel, Bəhlul Mustafazadə, Kadi Borges, Musa Qurbanlı, Hikmət Cəbrayılzadə, Əli Bəşirob, Bədavi Hüseynov, Samuel Lobato
Mənbə: qafqazinfo.az