UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən "Dinamo Kiyev" - "Qarabağ" matçında ilk qol vurulub.
Polşanın Lyublin şəhərində yerləşən "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada hesabı Ukrayna təmsilçisi açıb.
Matçın 10-cu dəqiqəsində Matvey Ponomarenko fərqlənərək "Dinamo"nu hesabda önə keçirib - 1:0
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukraynanın "Dinamo Kiyev" klubu ilə qarşılaşır.
Polşanın Lyublin şəhərində yerləşən "Arena Lublin" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Görüşü Danimarkadan olan hakimlər briqadası idarə edir.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək Ukraynanın "Dinamo Kiyev" və Azərbaycanın "Qarabağ" komandalarının start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.
"Dinamo Kiyev":
71. Surkis, 5. Sych, 6. Brazhko, 11. Ponomarenko, 15. Rubchynskyi, 21. Lonwijk, 32. Mykhavko, 39. Guerrero, 44. Dubinchak (k), 70. Redushko, 94. Kędziora.
"Qarabağ":
99. Kochalski, 2. Silva, 4. Várkonyi, 7. Mouaddib, 8. Janković, 10. Zoubir (k), 21. Kaşçuk, 25. Makreckis, 29. Cephas, 35. Pedro Bicalho, 44. Cəfərquliyev.
Bu gün "Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ukrayna təmsilçisi "Dinamo Kiyev"in qonağı olacaq.
Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR sisteminə Yakb Kelet nəzarət edəcək. Onun köməkçisi isə Yens Maye olacaq.
Polşanın Lyublin şəhərinin "Arena Lublin" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın "ÇSKA Sofiya" klubuna penaltilər seriyasında (4:5) uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb. "Köhlən atlar" iki oyunun nəticəsinə əsasən rəqibini üstələyəcəyi təqdirdə turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması avqustun 13-də saat 20:00-da başlayacaq.
Mənbə: oxu.az