Poqba vurduğu möhtəşəm qol barədə: “Sol ayağımdan bunu gözləmirdim” - VİDEO

Poqba vurduğu möhtəşəm qol barədə: “Sol ayağımdan bunu gözləmirdim” - VİDEO

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Fulhem” üzərində 2:1 hesablı qələbə barədə fikirlərini bölüşüb.

Bu barədə “BT Sport” məlumat yayıb.

“Ağır oyun oldu. Bilirdik ki, belə də olacaq. “Fulhem” təslim olmur və kompakt müdafiə olunur. Lakin bizə qələbə lazım idi və buna çətinliklə nail olduq. Qola gəldikdə isə çox yaxşı zərbə vurdum. Sol ayağımdan bunu gözləmirdim. Yoxlamasan nə olacağını bilmək olmaz. Topun qapıya getməsinə çox şadam. Möhtəşəm qol və əla qələbə oldu”, - deyə P.Poqba bildirib.

Mənbə: www.oxu.az