Rəşad Sadıqov özündən çıxdı - "Sus!"

Rəşad Sadıqov özündən çıxdı - "Sus!"

Hazırda davam edən "Zirə" - "Qəbələ" qarşılaşmasının (1:0) ilk yarısında maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, oyunboyu hakimlərə və futbolçularına irad bildirib, tapşırıq verən meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqova Ruslan Qurbanov da qoşulub. Sabiq milli üzvünün hakimlərlə işi olmasa da, tribunadan komanda yoldaşlarını həvəsləndirəcək sözlər işlədir, zaman-zaman "geri çəkil, yerinə qayıt, filankəsə ver" kimi tapşırıqlarda bulunurmuş.

Ruslanın bu hərəkəti Sadıqovu xoşuna gəlməyincə, baş məşqçi tribunaya tərəf dönərək Qurbanovu səsləyib və ona "sus" əmrini verib.

Mənbə: offsideplus.az