Aquero koronavirusa yoluxdu

Aquero koronavirusa yoluxdu

"Mançester Siti"nin futbolçusu Serxio Aquero koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə argentinalı hücumçu özünün "Tvitter" səhifəsində yazıb: "Koronavirusa yoluxmuş şəxslə təmasda olduqdan sonra özümü təcrid etdim, amma keçdiyim son COVID-19 testi müsbət oldu. Xəstəliyin bəzi əlamətləri var idi və indi ən qısa müddətdə sağalmaq üçün həkimin dedikərimi yerinə yetirirəm".

Qeyd edək ki, Aquero yanvarın 10-da koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün karantinə alınmışdı.

Mənbə: qol.az