Kokorin A seriyasında

Kokorin A seriyasında

"Spartak"ın hücumçusu Aleksandr Kokorin karyerasını "Fiorentina"da davam etdirəcək.

Qol.az xəbər verir ki, bu barədə Moskva klubunun rəsmi Tvitter səhifəsində məlumat yayılıb.

"Spartak" və "Fiorentina" transferlə bağlı razılığa gəliblər. Saşa, sənə A seriyasında uğurlar!" - deyə məlumatda qeyd edilib.

Daha öncə yayılan xəbərlərə görə, italyanlar bu transferə görə 3,5 milyon avro təzminat ödəyəcəklər.

Mənbə: qol.az