“Vətən yaxşıdır” mahnısının idman könüllüləri tərəfindən jest dili ilə ifası nümayiş olundu - VİDEO

“Vətən yaxşıdır” mahnısının idman könüllüləri tərəfindən jest dili ilə ifası nümayiş olundu - VİDEO

Yanvarın 20-si “Şəhidlər unudulmur!” mövzusunda onlayn seminar keçirilib.

Görüşdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Pərvin Mehdiyev, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev, “Azərbaycan İdmançıları” ictimai birliyinin baş katibi Fərhad Acalov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərov, “Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin sədri Miraqil Seyidzadə, Gəncə İdman Klubunun prezidenti Elvar Osmanov, Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımova, Jest dili üzrə təlimçi Nuranə Abıyeva, Yeni Gəncə qəzetinin baş redaktoru Hicran Məmmədova və könüllülər iştirak ediblər.

Tədbirin əvvəlində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Natiqlər çıxışlarında 20 Yanvar hadisələri və II Qarabağ müharibəsindən bəhs ediblər.

Daha sonra "Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin "Könüllülük əngəl tanımır" layihəsi çərçivəsində II Qarabağ müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin səsləndirdiyi “Vətən yaxşıdır” mahnısının idman könüllüləri tərəfindən jest dili ilə ifası nümayiş olunub.

Layihənin ideya müəllifi Altun Süleymanov və layihənin kordinatoru Ləman İsgəndərli layihənin məqsədi və layihə çərçivəsində görülmüş işlər haqqında məlumat veriblər.

Şəhidin qardaşı Məhəmməd Yusifzadə də tədbirdə çıxış edərək Xudayarın xatirələrindən danışdı və layihə üçün minnətdarlığını bildirib.

Mənbə: www.realtv.az