Ronaldonun rekorduna etiraz etdilər

Ronaldonun rekorduna etiraz etdilər

Çexiya Futbol Federasiyası "Yuventus"un ulduzu Kriştiano Ronaldonun rekordunu qəbul etmir.

Offsideplus.az xəbər verir ki, çexiyalılar Ronaldonun Yozef Bitsanın mütləq rekorduna çatması üçün 61 qol daha vurmalı olduğunu açıqlayıb. Belə ki, qol hesablamasında yanlışlıq olduğunu bildirən Federasiya rəsmiləri Bitsanın karyerası boyunca 821 qol vurduğunu iddia edir.

Qeyd edək ki, daha öncə Pelenin rekordunu geridə qoyan Ronaldoya braziliyaı əfsanə də etiraz etmişdi.

Mənbə: offsideplus.az