"Belə səhvlər edəndə, cəzalanmaq qaçınılmazdır" - "Sabah"ın baş məşqçisi

"Sabah"ın baş məşqçisi Visente Qomez "Qarabağ"la oyundan sonra fikirlərini bildirib.

Sport7.az xəbər verir ki, ispan mütəxəssis bunları söyləyib: "Maraqlı oyun alındı. Fikrimcə, yaxşı oynadıq. Bir neçə qol vəziyyəti yaratdıq, qol vurduq. Bundan əlavə, komandanın oyununda intensivilik var idi. Səhvlərimiz də oldu. Bu cür rəqiblərlə oyunda belə səhvlər edəndə, cəzalanmaq qaçınılmazdır. Çalışmalıyıq ki, gələcək oyunlarda bu səhvləri aradan qaldıraq”.

 

Sport7.az

ƏVVƏLKİ XƏBƏR

"Azərreyl"in sabiq üzvünün yeni komandası müəyyənləşdi

SONRAKI XƏBƏR

"Barsa"da prezident seçkilərinin yeni tarixi açıqlandı