Məşhur braziliyalı keçmiş hücumçu Aleksandr Pato İngiltərənin “Northempton” klubunun həmsahibi ola bilər.
Bu barədə BBC məlumat yayıb.
Pato, “Northempton”u satın almağa yaxın olan “Sports Alpha Capital” konsorsiumunda pay sahibidir.
Ötən mövsüm “Northempton” 1-ci Liqada sonuncu yerdə qərarlaşıb və İngiltərə Premyer Liqasının dördüncü ən güclü divizionu olan 2-ci Liqaya düşüb. Aprel ayında klub 3 milyon funt sterlinq zərər etdiyini açıqlayıb.
Pato 2007-2013-cü illərdə “Milan”da oynadığı vaxtla tanınırb. O, həmçinin “İnternasional”, “Korintians”, “Çelsi”, “Vilyarreal”, “Tiancin” və “Orlando Siti” klublarında da oynayıb. 2008-ci ildən 2013-cü ilə qədər Braziliya millisində 27 oyunda 10 qol vurub.
Mənbə: publika.az