“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını ölkəsində davam etdirə biilər.
Bu barədə “sportowefakty.wp.pl” saytı məlumat yayıb.
”Vyeçista Krakov” polşalı qolkiperi transfer etmək istəyir. Ekstraklasanın debütantının Koxalskini heyətinə qatmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, “Qarabağ” Mateuş Koxalskini 2024-cü ilin yayında “Stal”dan transfer edib. 26 yaşlı “əlcək sahibi” Ağdam təmsilçisinin heyətində 74 rəsmi matçda meydana çıxıb.
Mənbə: publika.az