İngiltərənin "Nyukasl" klubunun yarımmüdafiəçisi Brunu Qimaraynş karyerasını "Arsenal"da davam etdirəcək.
Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Braziliya millisinin 28 yaşlı üzvü "topçular"la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Sözləşmədə müddətin artırılmasına aid bənd yer alıb. Futbolçu yeni komandasında 39 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bu keçid "Arsenal"a 87 milyon avroya başa gəlib.
Mənbə: olke.az