Küçə futbolunda kəşf edilən futbolçu məşhur klubda

Küçə futbolunda kəşf edilən futbolçu məşhur klubda

İtaliyanın "Latsio" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az Roma təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı Larsson Kulibali ilə müqavilə imzalanıb.

Kot-d`İvuardan olan oyunçu paytaxt klubunun gənclər komandasında oynayacaq.

"Latsio" Akademiyasının meneceri Mauro Byankessi Kulibalini bir neçə küçə turnirində kəşf edib. Afrikalı oyunçu iş tapmaq ümidi ilə Romaya gedib. Dostu Byankessiyə bu futbolçunu izləməyi təklif edib.

Qeyd edək ki, Larsson Kulibali 1,5 il əvvəl İtaliyaya gedənədək heç vaxt futbol oynamayıb.

Mənbə: fanat.az