"Real"ın futbolçusu sıradan çıxdı

"Real"ın futbolçusu sıradan çıxdı

"Real"da itki yaşanıb.

Offsideplus.az klub saytına istinadla xəbər verir ki, Federiko Valverde zədələnib. Ayağında ağrılar hiss edən yarımmüdafiəçi müayinə olunduqdan sonra sağ ayağının yan əzələsində dartılma aşkarlanıb. Odur ki. uruqvaylı futbolçu bir neçə gün məşqlərdən kənar qalacaq. 22 yaşlı futbolçunun yaşıl meydanlara nə vaxt dönəcəyi bilinmir.

Qeyd edək ki. Valverde cari mövsümdə "Real"ın fomasında 20 oyunda meydana çıxaraq 3 qol vurub, 1 qolun ötürməsini verib.

Mənbə: offsideplus.az