"Liverpul" yeni futbolçu alacaq? - Klopp danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp qış transfer pəncərəsindəki planlarından danışıb.

Qol.az “Sky Sport”a istinadən əxəbr verir ki, 53 yaşlı mütəxəssis bunları deyib:

“Əlbəttə ki, qərarlar verən mən deyiləm. Həmişə də belə olub Bu, kimisə təəccübləndirirsə, onun fikrini dəyişdirə bilmərəm.
Mövcud vəziyyəti hər gün müzakirə edirik. Bir şeyi inkişaf etdirə bilərik, ya yox və s. danışırıq Tövsiyələr edirəm, amma mən pul xərcləyə bilmirəm . Mən belə qərarlar vermirəm. Bunu heç vaxt etməmişəm».

Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqanın turnir cədvəlində 34 xalla 4-cüdür.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyanın Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edəcəyini gözləyirəm - İqbal Ağazadə

SONRAKI XƏBƏR

Mütəxəssis: “Dünyada koronavirusa təkrar yoluxma hadisəsi 30-dan çox deyil”