Makqreqor və Puryenin alacaqları qonorarlar açıqlandı

Makqreqor və Puryenin alacaqları qonorarlar açıqlandı

“İndependent” nəşri iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor və yüngül çəkidə keçmiş müvəqqəti çempion Dastin Purye arasında keçiriləcək revanş döyüşünə görə alacaqları qonorarların miqdarını açıqlayıb.

Nəşrin yazdığına görə, Makqreqor 5, Porye isə 1 milyon dollar qonorar alacaq. Bundan əlavə, hər iki döyüşçü ödənişli yayımlardan da faiz əldə edəcəklər.

Qeyd edək ki, revanş döyüşü UFC 257 turniri çərçivəsində təşkil olunacaq.

Xatırladaq ki, rəqiblər arasında ilk döyüş 2014-cü ilin sentyabr ayından baş tutub. Makqreqor Puryeni ilk raunddaca nokauta göndərib.

Karyerası ərzində Makqreqor 26 görüşdən 22-də qələbə qazanıb. Puryenın şəxsi hesabında isə 22 qələbə və 6 məğlubiyyət var.

Mənbə: www.oxu.az