“Sabah” “Orhus” ilə cavab qarşılaşmasına çox ciddi hazırlaşıb”.
Bunu “Sabah”ın futbolçusu İvan Lepinitsa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Xorvatiyalı yarımmüdafiəçi komandanın mərhələ adlamaq əzmində olduğunu diqqətə çatdırıb:
“Səfərdə çox yaxşı çıxış etmişdik. Rəqibin 2 dəfə uzaq məsafədən qol vurmaq şansı oldu və bundan maksimum istifadə etdilər. Cavab matçına çox yaxşı hazırlaşmışıq. İnanırıq ki, mərhələni adlayan tərəf biz olacağıq”.
Qeyd edək ki, “Sabah” – “Orhus” matçı avqustun 11-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Səfərdə baş tutan ilk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Mənbə: qafqazinfo.az