"Real Madrid"də baş məşqçi postuna Raul Qonzalesin təyinatı gözlənilir

"Real Madrid"də baş məşqçi postuna Raul Qonzalesin təyinatı gözlənilir

İspaniya "Real Madrid"inin sabiq futbolçusu Raul Qonsales əsas komandaya baş məşqçi təyin oluna bilər.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, 44 yaşlı mütəxəssis hazırda "kral klubu"nun gənclərdən ibarət komandasında çalışır. Rəhbərlik onu Zinəddin Zidanı əvəzləməyə əsas namizəd kimi görür.

Yeri gəlmişkən “Real” klubunun baş məşqçisi Zinəddin Zidan koronavirusa yoluxub.

Fransalı mütəxəssisin testi müsbət nəticə verib. Zidan qarşıdakı görüşlərdə komandaya rəhbərlik edə bilməyəcək.

Qeyd edək ki, “Real” yanvarın 23-də “Alaves”lə üz-üzə gələcək, hazırda "Real Madrid" La Liqada 18 oyundan 37 xalla 2-ci pillədə qərarlaşıb.

Mənbə: www.realtv.az