“Real”ın yarımmüdafiəçisi “Arsenal”a keçir

“Real”ın yarımmüdafiəçisi “Arsenal”a keçir

“Arsenal” “Real”ın futbolçusu Martin Edeqoru icarəyə götürmək üzrədir.

“Qafqazinfo” xəbər verir ki, yekun danışqılardan sonra norveçli futbolçunu mövsümün sonuna qədər “topçular”da çıxış edəcək.

“Real” Edeqoru 2015-ci ildə transfer edib. 22 yaşlı yarımmüdafiəçi daha öncə Niderlandın “Herenven” və “Vitess” klublarına icarəyə verilmişdi. O, ötən mövsüm “Real Sosyedad”da keçirdiyi 36 oyunda 7 qol vurub, 9 məhsuldar ötürmə edib.

 

Mənbə: qafqazinfo.az