Dördüncü liqa klubunun oyunçusu Beqoviçin rekordunu qırdı

Dünyanın ən uzun qolu göstəricisində yeni rekord müəyyənləşib.

Qol.az “Sky Sport”a istinadən xəbər verir ki, buna İngiltərənin dördüncü divizion klubu “Nyuport Kaunti”nin qapıçısı Tom King “Çeltenhem”lə maçda imza atıb. 25 yaşlı qolkiper topu qapıdan uzaqlaşdırarkən 96,01 metrlik qol vurub. Beləliklə, britaniyalı futbolçu “Ginnesin Rekordlar Kitabı”na düşüb.

İndiydək ən yüksək göstərici Asmir Beqoviçə məxsus idi. Bosniyalı oyunçu 2013-cü il sentyabrın 4-də “Stok Siti”nin heyətində “Sauthempton”un qapısına 91,9 metrlik məsafədən qol vurub.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”

SONRAKI XƏBƏR

Qənirə Paşayeva şəhid Elvin Şəriflinin anası ilə görüşüb