Neymar yubiley matçında 80-ə çatdı

Neymar yubiley matçında 80-ə çatdı

PSJ klubunun futbolçusu Neymar üçün "Monpelye"yə qarşı Fransa Liqa 1-in XXI tur matçı əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu Paris komandasının heyətində 100-cü oyununa çıxıb. 28 yaşlı forvard 60-cı dəqiqədə fərqlənməklə qollarının sayını 80-ə çatdırıb.

"Sambaçı" Paris komandasında oyunlarından 61-ni Liqa 1-də, 25-ni Çempionlar Liqasında, 6-nı Fransa Kubokunda, 4-nü Fransa Liqa Kuboku və 2-ni Fransa Super Kubokunda keçirib. O, 100 oyuna 80 qol vurub.

Qeyd edək ki, Görüş PSJ-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Bu qələbədən sonra PSJ xalını 45-ə çatdıraraq, vahid liderə çevrilib. "Monpelye" isə 28 xalla 11-cidir.

Mənbə: offsideplus.az