185 ölkədən 10 milyon azarkeşin seçimində Messiyə yer tapılmadı

185 ölkədən 10 milyon azarkeşin seçimində Messiyə yer tapılmadı

EA Sports FİFA 2021-in rəmzi komandasında Lionel Messiyə yer tapılmayıb.

Offsideplus.az xəbər verir ki, 185 ölkədən 10 milyona yaxın futbol azarkeşinin iştirak etdiyi soğrunun nəticələrinə görə "Barselona"nın ulduzu "11-lik"də yer almayıb. Halbuki, Messi 2009-cu ildən bu yana təşkil olunan bütün sorğularda böyük səs çoxluğu ilə rəmzi komandada yer alırdı. Ötən il isə Kriştiano Ronaldo eyni səbəbdən kənarda qalmışdı.

"11-lik"də yer alan futbolçular bunlardır: Kriştiano Ronaldo (Yuventus), Robert Levandovski, Coşua Kimmix, Alfonso Deyvis, Manuel Noyer (hamısı "Bavariya"), Kilian Mbappe (PSJ), Bruno Fernandeş (Mançester Yunayted), Kevin de Brünye (Mançester Siti), Serxio Ramos (Real), Vircil van Deyk, Aleksander Arnold (hər ikisi "Liverpul").

Mənbə: offsideplus.az