“Qarabağ”ın sabiq futbolçusundan Premyer Liqada 100-cü oyun

“Qarabağ”ın sabiq futbolçusundan Premyer Liqada 100-cü oyun

“Keşlə”nin futbolçusu Azər Salahlı Premyer Liqada 100-cü oyununu keçirib.

Yubiley XIV turun “Sumqayıt”la matçına (0:1) təsadüf edib. Start heyətində yer alan müdafiəçi mövsümdə 14-cü, çempionatda 100-cü dəfə meydana çıxıb.

2013/14 mövsümündə indiki komandası “İnter” adlandığı vaxt debüt edən Azər üç klubun şərəfini qoruyub. “Keşlə”də 39 qarşılaşmada bir dəfə fərqlənib. “Sumqayıt”dakı 55 matçda iki qola sevinən futbolçu “Qarabağ”da altı dəfə meydana çıxıb.

Qeyd edək ki, Azər Salahlının debütü 2014-cü il mayın 17-də AZAL-la səfər matçında (3:1) gerçəkləşib.

Mənbə: www.oxu.az