Terim razılıq verdi, "Qalatasaray" hücum xəttinə bu futbolçunu gətirəcək

Terim razılıq verdi, "Qalatasaray" hücum xəttinə bu futbolçunu gətirəcək

Henri Onyekuru və Halil Dervişoğlunu heyətinə qatan "Qalatasaray"ın transfer hədəfi danimarkalı hücumçudadır.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Feyenord"un futbolçusu Nikolaj Yörqensonu transfer etmək istəyir. Baş məşqçi Fatih Terimin də 30 yaşlı futbolçu üçün müsbət cavab verdiyi bildirilir.

Qeyd edək ki, Nikolay Yörqensonun satış qiyməti 2 milyon avro dəyərindədir. 1.90 boyu olan futbolçu bu mövsüm çıxdığı 15 oyunda 2 qol vurub.

Mənbə: offsideplus.az