"Real"dan açıqlama: "İnter"in ulduzunu qaytarmaq niyyətində deyil

"Real"dan açıqlama: "İnter"in ulduzunu qaytarmaq niyyətində deyil

İspaniya nəhəngi "Real Madrid" sabiq futbolçusu Əşrəf Hakimi barədə açıqlama verib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Kral klubu" "İnter"lə ödəmə şərtlərində anlaşmazlıq olduğuna görə 22 yaşlı müdafiəçini qaytarmaq istədiyi iddialarını inkar edib. Açıqlamada "Real" və İtaliya klubu arasında münasibətlərin yolunda olduğu və ödənişlərin düzgün şəkildə yerinə yetirildiyi bildirilib.

Qeyd edək ki, mərakeşli oyunçu yay tarnsfer dönəmində 40 milyon avroya Madrid klubundan "İnter"ə transfer olub.

Mənbə: offsideplus.az