"Sabah"ın futbolçusu Velko Simiç bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələsində bombardirlər siyahısında ilk pilləyə yüksəlib.
Serbiyalı yarımmüdafiəçi III təsnifat mərhələsinin "Orhus"la Bakıda keçirilən cavab oyununda fərqlənərək turnirdəki qollarının sayını 5-ə çatdırıb. Bununla da 31 yaşlı futbolçu bombardirlər cədvəlinə başçılıq edir.
Simiçdən sonra 4 qolla "Fənərbağça"nın futbolçusu Anderson Taliska və "Selye"nin oyunçusu Mario Kvesiç gəlir.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən (5:2) "Orhus"u mübarizədən kənarlaşdıran "Sabah" pley-off mərhələsində İsrailin "Hapoel" (Ber-Şeva) komandası ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab qarşılaşmasını isə avqustun 25-də Bakıda keçirəcək.
Mənbə: oxu.az