Runi komandası ilə növbəti qələbəsini qazandı

Runi komandası ilə növbəti qələbəsini qazandı

Bu gün Çempionşipdə "Derbi Kaunti" "Park Reyncers"in qonağı olub.

Offsideplus.az xəbər verir ki, ev sahibləri rəqibə minimal hesabla uduzublar: 0:1. "Derbi Kaunti" ilə üçüncü oyununu keçirən Ueyn Runi baş məşqçi olaraq 2-ci qələbəsini qazanıb.

Qeyd edək ki, Runinin komandası turnir cədvəlində 25 xalla 24-cü pillədədir. İlk yerdə 53 xalla "Norviç Siti", ikinci yerdə isə 46 xalla "Suansi" qərarlaşıb.

"Park Reyncers" - "Derbi Kaunti" 0:1 (K.Kazim-Riçards, 56.)

Mənbə: offsideplus.az