Ronaldo və Messi ərəblərin təklifini rədd etdi

Kriştiano Ronaldo və Lionel Messi Səudiyyə Ərəbistanının onlara təklif etdiyi reklam təklifindən imtina edib.

Offsideplus.az Marca-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı "Yuventus" və "Barselona"nın ulduzuna yüksək məbləğli reklam təklifi göndərib. Ərəblər Ronaldoya ildə 6 milyon avro qarşılığında reklamda çəkilməyi və ölkəni ziyarət etməyi istəyib. 34 yaşlı hücumçunun cavabı isə neqativ olub.

Eyni təklifi alan Lionel Messi də portuqaliyalı həmkarı kimi təklifi geri çevirib.

Qeyd edək ki, “Visit Saudi” kampaniyası turizmi inkişaf etdirmək məqsədi güdür. Kampaniyaya qoşulan futbolçular ölkəyə daha çox turistin gəlməsi üçün reklamlarda çəkilməlidir.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)

SONRAKI XƏBƏR

Runi komandası ilə növbəti qələbəsini qazandı