“Antalyaspor”a transfer qadağası qoyulacaq, baş məşqçisi istefa verəcək

Türkiyənin “Antalyaspor” klubu UEFA tərəfindən cəzalandırılacaq.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisinə 3 dönəm transfer qadağası qoyulması gözlənilir.

Buna səbəb Antalya təmsilçisinin maddi böhran səbəbindən borclarını ödəyə bilməməsidir. Klubu bu ağır durumdan çıxara bilməyən prezident Ali Şafak Öztürk bir müddət əvvəl vəzifəsindən istefa verib. Həmçinin baş məşqçi Ərsun Yanalın da istefa ərizəsi yazdığı və bunu tezliklə açıqlayacağı bildirilib.

Qeyd edək ki, “Antalyaspor” hazırda 25 xalla 11-ci pillədə qərarlaşır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Ağır zəhərlənmə yaradan kimyəvi maddələr - Ağıza, dəriyə, gözə düşdükdə nə etmək lazımdır?

SONRAKI XƏBƏR

Dörd qonşunun bor yolu – Ermənistan və Azərbaycan dəmiryol dəhlizindən nə qazanacaq?