“Yuventus”un futbolçusu Matteys de Liqt koronavirusdan sağalıb.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 21 yaşlı müdafiəçidən götürülən son test nümunələri cavablarının mənfi olduğu bildirilib.
Qeyd edək ki, De Liqtin koronavirusa yoluxduğu yanvarın 8-də aşkarlanmışdı.